Simsar.az | bizi özünüzə Simsar bilin
XALQ ARTİSTİ “SİMSAR” JURNALINI MƏHKƏMƏYƏ VERƏCƏK

Usta Rəşidin fikirləri Brilliant Dadaşovanı hiddətləndirib

Müğənni Brilliant Dadaşova “Simsar” jurnalını məhkəməyə verəcək. Səbəb “Simsar” jurnalının birinci sayında dərc olunan usta Rəşidin müğənni haqqında dediyi sözlər olub. 

Bu barədə özünü Nigar kimi təqdim edən müğənninin köməkçisi jurnalın baş redaktoru İradə Nürəddinqızına zəng edərək bildirib: “Bunlar məhkəməlik sözlərdir. Biz sizi məhkəməyə verə bilərik”.

Musiqi alətləri düzəldən usta Rəşidin “Simsar” jurnalında şou-bizneslə bağlı yer alan fikirlərini olduğu kimi təqdim edirik: “Brilliant Dadaşovaya imkan verən olsa, efirə lüt çıxar. Olmaz axı, ona bütün yaş təbəqələrinin adamları baxır”.

Jurnalın “Sadə peşə” rubrikasının qonağı olan Rəşid Rəcəboğlu bu mövzudakı fikirlərini “Şou biznes dediyiniz əslində qaraçı biznesidir”-deyərək tamamlayıb.

10 Mart, 2011  17:27 Baxılıb: 2673

Bu bölmədə