Prezident fərman imzalayıb
Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırış və ehtiyata buraxılma haqqında fərman imzalayıb Bu gün Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmanda qərara alınıb ki, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.
10 Mart, 2011 04:37 ⁄ Baxılıb: 1370
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |