Simsar.az | bizi özünüzə Simsar bilin
Münaqişənin qısa zamanda həll etmək mümkün deyil

“Sürətlə və qısa zamanda sözləri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə uyğun gəlmir”

APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Minsk Qrupunun həmsədrləri ilə görüşdən sonra deyib. O bildirib ki, indiki halda münaqişənin həlli üçün metodik, israrlı və daimi səylər zəruridir: “Demək olmaz ki, danışıqlar getmir. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü gələcəkdə münaqişənin nizamlanması üçün pozitiv qərarlar qəbul etməkdə yaxşı istinad nöqtəsi ola bilər”. 
ATƏT sədrinin Minsk Qrupu həmsədrləri ilə görüşündə münaqişə tərəfləri arasında qarşılıqlı etimad mühitinin yaradılması və atəşkəs rejiminə riayət etmək məsələləri müzakirə olunub: “Atəşkəs haqqında saziş var, amma hər iki tərəfdən snayper atəşlərinin yaratdığı kədərli misallar da var”.
Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin koordinasiya olunması mexanizmləri də müzakirə olunub.

9 Mart, 2011  22:35 Baxılıb: 1391

Bu bölmədə