Simsar.az | bizi özünüzə Simsar bilin
“Warner Bros” şirkəti “Facebook”da filmlərin nümayişinə başlayıb

İstifadəçi 3 dollar ödəməli olacaq

“Warner Bros” şirkəti çərşənbə axşamı, martın 8-də “Facebook” sosial şəbəkəsində filmlərin onlayn-tamaşası servisini istifadəyə verib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, seçilmiş kinofilmə baxmaq üçün istifadəçi 3 dollar ödəməli olacaq. 


Əldə edilmiş filmə iki gün ərzində baxmaq olar. Əvvəlcə yeni servis yalnız ABŞ istifadəçiləri üçün açıq olacaq. Lakin “Warner Bros” gələcəkdə digər ölkələr üçün də bu imkanı əlçatan etməyi planlaşdırır. Şirkətdə qeyd edirlər ki, bu, “Facebook”da kinofilmlərə baxmaq imkanı verən ilk servisdir.


Bir sıra KİV-in məlumatına görə, “Facebook”la əməkdaşlıq etmək təşəbbüsü birbaşa “Warner Bros” tərəfindən irəli sürülüb. Filmlərin yayımına görə gəlirin 30 faizi sosial şəbəkənin payına düşəcək.

9 Mart, 2011  22:22 Baxılıb: 1533

Bu bölmədə