Simsar.az | bizi özünüzə Simsar bilin
Toyuq ətinin qiyməti niyə qalxır?

İqtisadi İnkişaf Nazirliyi araşdırmalara  başlayır

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti toyuq əti bazarında qiymətlərlə manipulyasiya edilməsi ilə əlaqədar iş qaldırıb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az.az-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər və araşdırmalar zamanı toyuq əti bazarında əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi hallarının olduğu müəyyən edilib. Toyuq əti qiymətinin manipulyasiya edilməsinin səbəblərinin araşdırılması və sövdələşmələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və araşdırmalar aparılır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə xəbərdarlıq edir ki, qiymət manipulyasiyasına və sövdələşmələrə yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

 

Simsar.az

9 Mart, 2011  21:18 Baxılıb: 6785

Bu bölmədə