Simsar.az | bizi özünüzə Simsar bilin
Baş redaktorlar Slavyan Universitetində olacaq

İlk belə tədbir Bakı Dövlət Universitetində baş tutub

Məqsəd gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır

Martın 10-daAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçiriləcək.


Fondun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi jurnalistika fakültəsində təhsil alan istedadlı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Bakı Slavyan Universitetin rektoru professor Kamal Abdulla, Mətbuat Şurasının sədri Əflatun Amaşov və 20 dən artıq qəzet rəhbərlərinin iştirakı gözlənilir. 




9 Mart, 2011  20:47 Baxılıb: 1585

Bu bölmədə