Simsar.az | bizi özünüzə Simsar bilin
Adil Qeybulla qayıtdı

Həkimin bir problemi qalıb: texniki məsələ

Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın mərkəzi qərargahında müavinlərinin iştirakı ilə mətbuatda partiyaya qayıtmaq istədiyini demiş professor Adil Qeybullanı qəbul edib.

Bu barədə APA-ya partiyadan məlumat verilib. Məlumata görə, görüşdə A. Qeybullanın yenidən Müsavat Partiyasına üzv olmaq istəməsi ilə bağlı müraciəti müzakirə edilib və bu, partiya rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bəzi texniki məsələlərin həllindən sonra üzvlük rəsmiləşəcək.

Qeyd edək ki, Müsavat Partiyasının Divan üzvü olmuş A. Qeybulla bu ilin əvvəlində partiya başqanının müavini Qabil Hüseynli ilə birlikdə partiyadan istefa verib.

9 Mart, 2011  20:31 Baxılıb: 1395

Bu bölmədə