Doktoranturaya qəbul planı təsdiqləndi
AMEA-ya əyani şöbədə fəlsəfə doktoru üzrə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyi istisna olmaqla, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və doktoranturalar yaradılan digər təşkilatların doktorantura pilləsinə qəbul planlarını təsdiqləyib. Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, doktoranturaya qəbul üçün AMEA-ya əyani şöbədə fəlsəfə doktoru üzrə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb. Doktoranturalar yaradılan digər təşkilatlara fəlsəfə doktoru üzrə əyani 108, qiyabi 81, elmlər doktoru pilləsi üzrə əyani 18, qiyabi 30, dissertantura yolu ilə fəlsəfə doktoru pilləsi üzrə 145, elmlər doktoru pilləsi üzrə 13 yer ayrılıb.
9 Mart, 2011 19:37 ⁄ Baxılıb: 1965
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |