Simsar.az | bizi özünüzə Simsar bilin
Liviya səmasında qırıcılar

Qəddafi qiyamçılara qarşı tank və qırıcı təyyarələri işə saldı

Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr paytaxt Tripolidən qərbdə yerləşən Al-Zaviya şəhərinə hücuma keçib. 

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hücumda tanklar iştirak edir, qırıcı təyyarələr havadan zərbə endirirlər.

Onlarla ölü var. Qiyamçılar isə öz saytlarında və sosial şəbəkələrdə bildirirlər ki, hökumət qüvvələrinin hücumunu dəf edə biliblər. Baxmayaraq ki, Liviya Dövlət Televiziyası bir neçə dəfə bu şəhərin ələ keçirildiyi barədə məlumat yayıb. Xarici jurnalistlər də bu şəhərə buraxılmırlar.

Eyni zamanda Liviyanın şərqində Ras-Lanuf rayonu uğrunda döyüşlər gedir. Bu yaşayış məntəqəsinin sakinlərinin əksəriyyəti buranı tərk edib. Şəhərdəki qiyamçılar bildiriblər ki, yaxın vaxtlarda Müəmmər Qəddafiyə sadiq qüvvələr hücuma keçəcəklər.

9 Mart, 2011  17:05 Baxılıb: 1374

Bu bölmədə