Simsar.az | bizi özünüzə Simsar bilin
18 milyon avroluq zinət əşyaları arxda tapıldı

Hadisə Fransada olub

Fransa polisi 2008-ci ilin dekabrında “Harry Winston” zərgərlik salonundan oğurlanmış qızıl və zinət əşyalarının bir hissəsini aşkarlayıb.

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə. tapılan qızıl və zinət əşyalarının ümumi dəyəri 18 milyon avrodur. 

Əməliyyat Parisin şimal-şərqindəki Sen-Sen-Deni departamentində aparılıb. 19 üzük və 3 komplekt sırğa plastik qutuda bir arxda basdırılıb və üzəri sementlənib. Həmin sırğalardan birinin dəyəri 14 milyon avrodur. Zinət əşyaları bundan əvvəl həmin hadisə ilə bağlı mühakimə olunmuş 9 soyğunçudan birinin evinin yaxınlığında tapılıb.

9 Mart, 2011  16:26 Baxılıb: 1548

Bu bölmədə