Simsar.az | bizi özünüzə Simsar bilin
10 hərbçi barəsində cinayət işi başlanıb

Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanıb

Onlardan 4-ü azadlıqdan məhrum edilib, 6-sı ilə bağlı istintaq davam etdirilir

Ötən il Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 hərbi qulluqçu barəsində cinayət işi başlanıb.


APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi 2010-cu il üzrə hesabatında bildirilir. Hesabatın dövlət təhlükəsizliyi bölümündə qeyd olunub ki, Azərbaycana, o cümlədən onun Silahlı Qüvvələrinə qarşı xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat və digər pozuculuq fəaliyyətinə qarşı mübarizə işi istiqamətində keçirilən əks-kəşfiyyat və əməliyyat-axtarış tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər hərbi qulluqçu barəsində Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanıb. Onlardan 4-ü məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib, 6 nəfər barəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

7 Mart, 2011  22:57 Baxılıb: 1541

Bu bölmədə