Simsar.az | bizi özünüzə Simsar bilin
Sənətçilər xeyriyyə aksiyasında

Aksiya “Əziz bacım” adı altında keçerilir

“Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi və “Biz+” jurnalının təşkilatçılığı, eləcə də “Avenue”nun baş sponsorluğu ilə həyata keçirilən “Əziz bacım” aksiyasının möhtəşəm konsert tədbiri martın 6-da Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında baş tutub. 

Simsar.az-ın məlumatına görə, gecənin aparıcıları isə Samir Bayramlı və Nanə Ağamalıyeva olub. Tədbir “Rövşən ritm qrupu”nun çıxışı ilə başlayıb. “Əziz bacım” aksiyasında çıxış edən yeni rəqs qrupu “Drum Dance”in (“D&D”) ifa etdiyi rəqs maraqla qarşılanıb. 

Uşaq evlərində böyüyən qızların qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Gününü təbrik etmək üçün bu aksiyaya qoşulan məşhur sənətçilər Tünzalə Ağayeva, Samira, Elnur, Namiq Qaraçuxurlu, Zamiq, Emil Bədəlov, Günay İbrahimli, “Xalq ulduzu” Mirkamil, Roza Zərgərli, Azad Şabanov, rəqqasə Oksananın çıxışı uşaqların sevincinə səbəb olub. Gecədə iştirak edən “Burada və indi”nin məşhur aparıcıları Dilarə Əliyeva, Tünzalə Əliyeva və Ülviyyə Əliyeva uşaqların bayramını təbrik ediblər. Təbriklərə “Cücələrim rəqs” ansamblı və “SOS uşaq kəndinin” rəqsləri, Murad Sadıq da qoşulub. Tədbirə gənc müğənni Leyla Ramazanlı “Qələbə” mahnısı ilə yekun vurulub.

“Oriflame”, “Kotex”, “Colgate”kimi şirkətlərinin nümayəndələri uşaq evlərində böyüyən qızların bayramını təbrik etmək üçün onlara xüsusi hədiyyələr verib.

7 Mart, 2011  19:41 Baxılıb: 1631

Bu bölmədə