Simsar.az | bizi özünüzə Simsar bilin
Misir yenə qaynayır

Misirdə sular durulmur

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, martın 6-da aksiyaçılar paytaxt Qahirədə Dövlət Təhlükəsizliyi Xidmətinin binasını ələ keçirməyə cəhd göstəriblər. Binanı mühafizə edən polis aksiyaçıları sıxışdıra bilib. Yaxınlıqdakı hərbçilər havaya atəş açıblar. Daxili İşlər Nazirliyinin yanına toplaşan aksiyaçılar da təhlükəsizlik qüvvələri sıralarında islahatların aparılmasını tələb ediblər. Aksiyalarda yaralananlar və ölənlər barədə məlumat verilmir. 

Bu arada Misirin yeni hökumətinin tərkibi elan olunub. Xarici işlər və daxili işlər nazirləri yeni hökumətdə postlarını itiriblər. Yeni hökumət üzvlərinin bu gün and içməsi gözlənilir.

7 Mart, 2011  13:00 Baxılıb: 1434

Bu bölmədə