Əsirlər dəyişdiriləcək
Prezidentlər Soçi görüşü ilə bağlı birgə bəyanat qəbul ediblər Rusiya, Ermənistan və Azərbaycan prezidentləri bu gün Soçidə keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair apardıqları danışıqların yekunları ilə bağlı birgə bəyanat qəbul ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, dövlət başçıları ötən ilin oktyabrın 27-də Həştərxanda qəbul olunmuş üçtərəfli bəyanatın praktiki icrası məsələlərini müzakirə ediblər. Belə ki, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər.
6 Mart, 2011 00:14 ⁄ Baxılıb: 1604
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |