Simsar.az | bizi özünüzə Simsar bilin
Görüş başlayıb

Prezidentlər aktual məsələləri işgüzar nahar zamanı həll olunacaq

Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında üçtərəfli görüş başlayıb. Simsar-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlar dağ-xizək kurortu olan “Krasnaya Polyana”da aparılır. 

Rəsmi şəkildə dəyirmi masa arxasında başlayan danışıqlar daha sonra qeyri-rəsmi mühitdə davam etdiriləcək. Belə ki, prezidentlər sərbəst formada dağ-xizək xəttlərindən birinə qalxacaqlar. Ehtimal ki, prezidentlər aktual məsələləri işgüzar nahar zamanı edəcəklər.

Üçtərəfli formatda artıq 8-ci dəfə keçirilən danışıqların mərkəzi mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesidir.

5 Mart, 2011  19:42 Baxılıb: 1400

Bu bölmədə