Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin qoşunları irəliləyir

Üsyançıların platsdarmı olan şəhərdə qanlı döyüşlər gedir

Liviya lideri Müəmmər Qəddafinin qoşunları tankların dəstəyi ilə üsyançıların işğal etdiyi əz-Zəviyə şəhərinə girib. Simsar.az-ın “əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi məlumata görə, təxminən 3 saat öncə şəhərə 15 tank və döyüş maşını girib, küçə döyüşləri gedir.

Şahidlər bildirirlər ki, Qəddafinin qoşunları üsyançıların mövqelərini yararaq şəhərə daxil olsalar da, hələlik əsas obyektlərə üsyançılar nəzarət edirlər. Onlar Tripolidən 60 kilometr aralıda yerləşən bu şəhəri paytaxta hücum üçün platsdarm kimi istifadə etməyi planlaşdırırlarmış. Döyüşlərdə 50-yə kimi adam ölüb.

5 Mart, 2011  19:13 Baxılıb: 1461

Bu bölmədə