Ombudsman intiharlara biganə qaldı
Ombudsman Aparatının rəhbəri Elmira Süleymanovanın parlamentdəki hesabatını deputat Elmira Axundova bəyənmədi Simsar.az-ın məlumatına görə, müvəkkil Elmira Süleymanovanın hesabat xarakterli təqdimatından sonra millət vəkilləri sənəddə əks olunanlara münasibət bildirib. Ancaq deputatlar arasında illik hesabatda insan haqlarına dair vəziyyətin hərtərəfli əks olunmamasından narazılıq edənlər də olub. Millət vəkili İqbal Ağazadə isə ombudsmanın illik hesabatını tənqid edib. Onun sözlərinə görə, hesabatda söz və mətbuat azadlığı, sərbəst toplaşma azadlığı sahəsindəki vəziyyət tam əhatə olunmayıb: “Əksinə, hesabatda bu vacib azadlıqlara dair məlumatlar sıxışdırılıb, əvəzində müvafiq icra hakimiyyəti orqanlarının il ərzində şikayət və müraciətlərin araşdırılması sahəsində gördüyü işlər gen-bol təhlil edilib”.
4 Mart, 2011 21:39 ⁄ Baxılıb: 1558
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |