Simsar.az | bizi özünüzə Simsar bilin
MİTİNQİN MARŞRUTU CIZILMAYIB, ŞÜARLARI HAZIRLANMAYIB

Musavat: “Meriyanın cavabından asılı deyilik”

Müsavat Partiyası martın 12-də mitinq keçirmək üçün 5 gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəcək. BŞİH-in cavabından asılı olmayaraq, partiya aksiya keçirməkdə israrlıdır. 

Müsavat başqanının müavini Gülağa Aslanlının Simsar.az-a verdiyi məlumata görə, mitinqin marşrutlar və şüarları hələ ki, müəyyən edilməsə də BŞİH-in cavabından asılı olmayaraq, partiya aksiya keçirməkdə israrlıdır.

Partiyanın təmsil olunduğu İctimai Palata Koordinasiya Şurasının sonuncu toplantısında mitinqə siyasi və mənəvi dəstək ifadə olunsa da, digər partiyalar Müsavatın planlaşdırdığı aksiyada iştirakla bağlı qərar qəbul edilməyib.

Ramil

4 Mart, 2011  20:29 Baxılıb: 1555

Bu bölmədə