Simsar.az | bizi özünüzə Simsar bilin
Soçi görüşündən nə gözləyirik

Rəsmi Bakı bu suala cavab verir

“Prezidentlərin Soçi görüşündən gözləntimiz odur ki, Ermənistan qeyri-konstruktiv, qeyri-rasional yolundan əl çəkərək Azərbaycan torpaqlarını azad edəcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin mövqeyi ondan ibarətdir ki, sülh danışıqları davam etdirilsin, amma hər bir sülh danışığının da bir limiti var: “Bu limit başa çatan zaman təbii ki, nativ yolları düşünmək bizim haqqımızdır, bizim borcumuzdur”.

E. Aslanov deyib ki, bu gün beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı bəyanat və fikirləri Azərbaycan üçün kifayət deyil: “Artıq real işlərə keçmək lazımdır. Biz istəyirik ki, beynəlxalq təşkilatlar ortaya siyasi iradə qoysun, Ermənistanı təzyiq və digər vasitələrlə Azərbaycan torpaqlarını boşaltmağa vadar etsin”.

4 Mart, 2011  19:10 Baxılıb: 1403

Bu bölmədə