Simsar.az | bizi özünüzə Simsar bilin
Elmira Süleymanova hesabat verir

Milli Məclisin növbəti iclası işə başlayıb

Simsar.az -ın məlumatına görə, iclasda əvvəlcə cari məsələlərə baxılıb. Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib. Ombudsman Elmira Süleymanova bildirib ki, məruzənin əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2010-cu ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, müdafiəsi və profilaktikası üzrə müvəkkil tərəfindən aparılmış işlər haqqında məlumat verməkdir.

Məruzə ərizələrə, təkliflərə və şikayətlərə, müvəkkil və onun aparatının əməkdaşları tərəfindən müxtəlif obyektlərdə baxışlar zamanı aşkar edilmiş hallara dövlət orqanlarının və vəzifəli şəxslərin münasibətlərinə və kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanıb.

4 Mart, 2011  18:21 Baxılıb: 1480

Bu bölmədə