Simsar.az | bizi özünüzə Simsar bilin
Yunanıstan “Eurovision-2011”ə ingilis-yunan dueti ilə çıxır

Yunanıstan bu il Almaniyanın Düsseldorf şəhərində keçiriləcək

“Eurovision-2011” Mahnı Müsabiqəsində ingilis-yunan dueti ilə təmsil olunacaq 

Simsar.az-ın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, bu il Almaniya səhnəsində bu ölkəni ifaçılar Lukas Yorkas və Mayk Eksarkos təmsil edəcək. 

Cütlük Avropanın möhtəşəm şousunda “Watch my dance” mahnısını duet şəklində, yunan və ingilis dillərində oxuyacaqlar. Hər iki ifaçı milliyyətcə yunandır.

4 Mart, 2011  17:19 Baxılıb: 1661

Bu bölmədə