Simsar.az | bizi özünüzə Simsar bilin
Soçi görüşü şərh edildi

Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin martın 5-də Soçidə keçiriləcək görüşünü şərh edib

APA-nın məlumatına görə, bu gün keçirdiyi ənənəvi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların üçtərəfli formatı Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa imkan verib: “Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin dəstəyi ilə irəliləyiş əldə etmək üçün səylərini davam etdirir. Ötən il Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatda üç görüşü keçirilib və bu görüşlər Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmağa və etimad mühitini möhkəmləndirməyə kömək edib. Düşünürük ki, Soçi görüşündə sammitlərarası dövrdə aparılan işi təhlil etmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş növbəti konkret addımları müəyyənləşdirmək imkanı olacaq”.

3 Mart, 2011  22:50 Baxılıb: 1434

Bu bölmədə