Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah parlamentin növbəti iclasıdır

Millət vəkilləri ilk olaraq İnsan haqları üzrə müvəkkil Elmira Süleymanovanın illik hesabatının dinləyəcəklər

Martın 4-də Milli Məclisin növbəti iclası keçiriləcək. 

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Simsar.az-a bildirib ki, sabahkı iclasın gündəliyinə daxil edilmiş birinci məsələ İnsan haqları üzrə müvəkkil Elmira Süleymanovanın illik hesabatının dinlənməsini nəzərdə tutur. Bundan başqa, sabah parlament bir sıra beynəlxalq sazişləri də təsdiq edəcək.

Akif Nəsirov deyib ki, sabah millət vəkilləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə, yol hərəkəti qaydalarında təklif edilən əlavə və dəyişiklikləri, habelə gömrük tarifləri, yeyinti məhsulları, notariat, dərman vasitələri haqqında qanunlara dəyişikliklər müzakirə edəcəklər. Martın 4-dəki iclasın gündəliyinə salınmış digər qanun layihəsi isə “Əlilliyin və uşaqlarının sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə”dir.

3 Mart, 2011  22:20 Baxılıb: 1368

Bu bölmədə