Simsar.az | bizi özünüzə Simsar bilin
Tehran yenə qarışdı

Polis 240 nəfər saxladı

Bu gün İranda müxalifət tərəfdarları liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin həbsinə etiraz əlaməti olaraq küçələrə axışıblar. Simsar.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə müxalifyönümlü saytlar məlumat yayıblar. 

Paytaxt Tehranda və bir neçə bölgədə keçirilən kütləvi aksiyalara güc strukturları müdaxilə ediblər. Tehranda 200 nəfər saxlanılıb. İsfahan şəhərində keçirilən aksiyaya müdaxilə də sərt olub və 40 nəfər saxlanılıb.

Qeyd edək ki, Mir Hüseyn Musəvi və Mehdi Kərrubi 2 həftə əvvəl ev həbsinə məhkum ediliblər. Bu həftənin əvvəlində isə müxalifət liderlərinin yaxınları onların həbs edildiyini bildiriblər. Saxlanılanlar arasında sabiq islahatçı nazirlərdən birinin xanımı da var.

3 Mart, 2011  21:47 Baxılıb: 1457

Bu bölmədə