Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanla sərhəd müqaviləsi Rusiya parlamentində

Azərbaycan və Rusiya arasında sərhədləri müəyyənləşdirən sərhəd müqaviləsi ratifikasiya üçün Rusiyanın Dövlət Dumasına təqdim edilib

APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. 

Azərbaycanın Rusiya ilə sərhədlərinin 390 km olduğunu deyən komitə sədri qeyd edib ki, ötən il Rusiya prezidenti Dmitri Medvedyev Bakıda olarkən Azərbaycan prezidenti İlham Əliyevlə sərhəd müqaviləsi imzalayıb. Artıq həmin müqavilə Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya edilib: “Sərhəd müqaviləsinin təsviri xəritələri həm Azərbaycan, həm də rus dilində hazırlanaraq Dövlət Dumasına təqdim olunub. Bu sənəd ratifikasiya edildikdən sonra biz artıq demarkasiya işlərinə başlayacağıq. Yəni sərhəd koordinatlarını bəzi nişanlarla yerlərə bərkidəcəyik. Bununla da, dövlət sərhədinin müəyyənləşdirilməsini artıq maddi sübutla - sərhəd nişanlarının qoyulması ilə sona çatdıracağıq”.

3 Mart, 2011  19:40 Baxılıb: 1378

Bu bölmədə