1 kub millimetr ölçülü kompüter yaradılıb
Miçiqan Universitetindən mühəndislər qrupu dünyada ən kiçik işlək kompüter təqdim ediblər Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni hesablayıcı maşın, ölçülərinə görə qəpikdən kiçik olmasına baxmayaraq, özündə tamamlanmış sistemi əks etdirir. Mühəndislərin fikrincə, kompüteri göz içi təzyiqin izlənilməsi üçün implantasiya edilmiş monitor qismində istifadə etmək olar. Qurğunun ölçüləri təxminən 1 kub millimetr təşkil edir. Onun içərisində kiçik güclü mikroprosessor, təzyiq sensoru, yaddaş həcmi, nazik plyonkalı batareya, günəş paneli və məlumat ötürmək imkanlı simsiz radio-antena yerləşdirilib.
3 Mart, 2011 16:54 ⁄ Baxılıb: 1564
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |