Maşın sahibi olmaq istəyənlərə müjdə: Azərbaycanda avtomobillər ucuzlaşacaq
İqtisadçı-ekspert: “Yaxın aylarda avtomobillərin qiymətləri 15 faiz düşəcək”. Gömrük sistemində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqinə başlanılması avtomobil bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarıb. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, “bir pəncərə” sisteminin tətbiqi nəticəsində avtomobillərin rəsmiləşdirilməsi xərclərinin azaldılmasının bazara təsir edəcəyi proqnozlaşdırılırdı. Artıq avtomobillərin qiymətində müəyyən azalmaların müşahidə olunduğunu vurğulayan Vüqar Bayramov bildirir ki, bu tələbatın aşağı düşməsi ilə deyil, gömrük sistemində dəyişikliklərlə bağlıdır: “Monitorinqlərimiz göstərir ki, avtomobillərə tələbat dəyişməyib. Eyni zamanda hələlik təklifin artması da müşahidə edilmir. Yalnız son iki həftədə avtomobillərin qiyməti orta hesabla 5 faiz aşağı düşüb. Əsasən Avropadan idxal edilən və, eləcə də matoru daha böyük at gücünə malik avtomobillərin qiymətlərində ucuzlaşma var.Gömrük sistemində yeni qaydaların tətbiqi, müşahidə edilən tendensiyalar avtomobillərin qiymətlərində azalmaların davam edəcəyini söyləməyə əsas verir”.
3 Mart, 2011 14:36 ⁄ Baxılıb: 1786
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |