Rusiyanın ilk İslam kanalı fəaliyyətə başlamağa hazırdır
Rusiya dövlət başçısı D. Medvedyevin təlimatı ilə yaradılan ilk İslam kanalı Rusiya müsəlmanlarının son 20 ildəki uğuru kimi qələmə verilir. Simsar.az xəbər portalı "Azerimuslims"ə istinadən bildirir ki, ancaq kanalın açılmasına qarşı olanlar da vardır. Rusiya Müftilət Birliyinin sədri Ruslan Qurbanov yeni kanalın ictimaiyyətə daha faydalı olacağını, siyasi, dini, idaman və digər proqramlarla xalqa xidmət edəcəyini qeyd edib. Hətta ölkədə və xaricə baş verən hadisələrin analizi ilə bağlı proqramların da olacağı haqda məlumat verilib. Qadınlar üçün də xüsusi verlişlər olacaq. İran, Türkiyə və digər müsəlman ölkələrində çəkilən filimlərin də nümayişi planlaşdırlır. Kanalın açılmasında təkcə Rusiya hökuməti deyil, Küveyt dövlətinin də maliyyə dəstəyi təklif edəcəyi bildirilib.
3 Mart, 2011 14:07 ⁄ Baxılıb: 1357
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |