Xarici işlər naziri martın 7-də İrana səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-8-də İrana səfər edəcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir. Xatırladaq ki, bu komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir.
2 Mart, 2011 22:03 ⁄ Baxılıb: 1307
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |