Simsar.az | bizi özünüzə Simsar bilin
Müğənni kefli halda həbs edildi

Bu gecə müğənni Kristina Aqiler ictimai yerə sərxoş vəziyyətdə çıxdığı üçün həbs edilib

Simsar.az-ın “tmz.ru” saytına istinadən verdiyi məlumata görə, olay Los-Anceles ştatının Uest-Hollivud şəhərində baş verib. 

Kristina Aqler döyüş ustası Mutyu Ratlerin idarə etdiyi avtomobildə sərnişin oturacağında olub. Satt 2:45 radələrində avtomobili polislər dayandırıblar. Metyu Ratler sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib və 30 min dollar müqabilində azadlığa buraxılıb. Kristina Aqler isə azadlığa çıxmaq üçün 250 min dollar girov qoymalı olub.

Polis həm də müğənnini alkoqolizmdən müalicə məqsədilə reabilitasiya klinikasına göndəriləcəyinə ümid bəsləyir. Çünki bu, müğənninin sərxoşluqla bağlı saxlanıldığı birinci halı deyil. O, yanvarın əvvəlində aktyor Ceremi Rannerin ad günündə sərxoşluqdan yuxulayıb, fevralın ortalarında isə “Qremmi” mükafatlarının təqdimetmə mərasimində səhnədə yıxılıb.

2 Mart, 2011  17:18 Baxılıb: 1611

Bu bölmədə