Simsar.az | bizi özünüzə Simsar bilin
Tatarıstan prezidenti Azərbaycana gəlib

Tatarıstan prezidenti Rüstəm Minnixanov Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə dünən axşam Bakıya gəlib.

APA-nın məlumatına görə, Rüstəm Minnixanov bu gün səhər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib.

Tatarıstan prezidentinin səfər proqramında Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclis sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, fövqəladə hallar naziri Kamaləddin Heydərovla danışıqlar nəzərdə tutulub. O Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycanda yaşayan tatar icması ilə görüşəcək.

2 Mart, 2011  16:12 Baxılıb: 1377

Bu bölmədə