Simsar.az | bizi özünüzə Simsar bilin
Abdullah Gül Misirə hazırlaşır

Türkiyə prezidenti Abdullah Gül Misirə səfər edəcək.

Simsar.az xəbər portalının Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, səfər martın 3-nə nəzərdə tutulub. Səfər proqramı açıqlanmır.

Xatırladaq ki, Misirdə hökumət əleyhinə nümayişlər zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident Hüsnü Mübarəki xalqı dinləməyə və istefa verməyə çağırmışdı.

2 Mart, 2011  15:40 Baxılıb: 1742

Bu bölmədə