Simsar.az | bizi özünüzə Simsar bilin
İqbal Ağazadə ABŞ diplomatı ilə görüşüb

Martın 1-də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Ceymi Smiti partiyanın mərkəzi qərargahında qəbul edib.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ problemi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı və demokratik proseslərin inkişafı ilə bağlı müzakirələr aparılıb. 

ABŞ səfirliyi ilə Ümid Partiyasının əməkdaşlıq perspektivi barədə də fikir mübadiləsi edilib.

1 Mart, 2011  18:35 Baxılıb: 1436

Bu bölmədə