Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev Macarıstan və Gürcüstanın səfirlərini qəbul edib

Hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb

Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Macarıstan və Gürcüstan respublikalarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Jolt Çutoranı və Teymuraz Şaraşenidzeni qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşlər zamanı ölkələr arasında hərbi əməkdaşlıq məsələləri və regionda mövcud olan hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb.

1 Mart, 2011  17:49 Baxılıb: 1445

Bu bölmədə