Simsar.az | bizi özünüzə Simsar bilin
Hakimiyyətlə siyasi partiyaların dialoqu keçiriləcək

Bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələri keçiriləcək.

Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. Azərbaycandan isə Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, hökumət təmsilçiləri, Milli Məclis üzvləri və siyasi partiyaların rəhbərlərinin tədbirə dəvət olunduğu bildirilir. 


Tədbirdə, əsasən, siyasi partiyaların maliyyələşdirilməsi və partiyaların siyasi sistemdəki rolu müzakirə olunacaq.

1 Mart, 2011  17:33 Baxılıb: 1431

Bu bölmədə