Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyənin baş naziri Rusiya Federasiyasına səfər edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mart ayının ortalarında Rusiya Federasiyasına səfər edəcək

APA-nın məlumatına görə, bunu Türkiyənin RF Tatarıstan Respublikasının Kazan şəhərindəki baş konsulu Əhməd Akıntı Tatarıstan prezidenti Rüstəm Minnixanovla görüşündə deyib. Görüş zamanı martın 2-3-də Kazanda Rusiya-Türkiyə hökumətlərarası komissiyasının 11-ci iclasının təşkili ilə bağlı məsələlər müzakirə olunub. İclasda Rusiya baş nazirinin müavini İqor Seçin və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak edəcəklər.

Prezidentlə görüşdə baş konsul onu da əlavə edib ki, mayın sonunda Türkiyədə böyük tatar şairi Tukaya həsr olunmuş tədbirlər keçiriləcək.

1 Mart, 2011  16:46 Baxılıb: 1410

Bu bölmədə