Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ Liviyaya hərbi müdaxiləyə hazırlaşır

ABŞ NATO-dakı tərəfdaşları ilə Liviyada Müəmmar Qəzzafi rejiminin hərbi müdaxilə ilə devrilməsi imkanlarını müzakirə edir.

Simsar.az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki səfiri Syuzan Rays bildirib. «Biz problemin həlli üçün bütün mümkün variantları müttəfiqlərimizlə müzakirə edirik», - deyə diplomat qeyd edib.

Qəzzafinin ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını bildirən Rays Liviya liderinin reallıqdan uzaq düşdüyünü söyləyib.

1 Mart, 2011  15:15 Baxılıb: 1503

Bu bölmədə