Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan hərbçiləri Pakistanda keçiriləcək “Amman-2011” təlimlərində iştirak edəcəklər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Pakistanda keçiriləcək “Amman-2011” hərbi təlimlərində iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təlimlər martın 8-dən 12-dək Pakistanın Karaçi şəhərində keçiriləcəkdir.

Silahlı Qüvvələrimizin nümayəndələri təlimlərdə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən iştirak edəcəklər.

1 Mart, 2011  15:19 Baxılıb: 2168

Bu bölmədə