Simsar.az | bizi özünüzə Simsar bilin
Əmr Musa Misir prezidenti postuna iddialıdır

Ərəb Birliyinin Baş katibi Əmr Musa Misirdə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Simsar.az xəbər portalı "AzeriMuslims"ə istinadən bildirir ki, Misirin “Mena” informasiya agentliyinə müsahibə verən Ərəb Birliyinin Baş katibi vətənində keçiriləcək prezident seçkilərində namizədliyini vaxtı gəldikdə rəsmi şəkildə irəli sürəcəyini deyib.

Məlumat üçün bildirək ki, Misirdə fevral ayının 11-də Hüsni Mübarəkin devrilməsi ilə nəticələnən nümayişlərdən sonra ordu yaxın aylarda ölkədə prezident seçkilərinin keçiriləcəyini elan etmişdi.

1 Mart, 2011  14:23 Baxılıb: 1528
Teqlər :

Bu bölmədə