Simsar.az | bizi özünüzə Simsar bilin
Klinton Tehrandan şəffaflıq istəyir

O, İranı müxalifəti susdurduğuna görə kəskin tənqid edib.

Simsar.az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ Dövlət katibi Hillari Klinton İran hökumətini opponentlərin susdurulmasına görə kəskin tənqid edib. Cenevrədə BMT-nin insan hüquqlarına dair iclasında danışan Klinton insan haqlarının pozulması halları ilə bağlı İranı şəffaflıq nümayiş etdirməyə çağırıb.  ABŞ dövlət katibi bu açıqlamaları aparıcı iki müxalifət liderinin hökumətin nəzarəti altında olduğu zaman verib.

Iranın baş prokuroru Qulam Hüseyn Möhseni Eceyi ilk dəfə olaraq hökumətin Mir Hüseyn Musəvi, Mehdi Kərrubi və onların hər ikisinin həyat yoldaşına qarşı məhdudiyyətlərin tətbiq edildiyini etiraf edib.

1 Mart, 2011  14:16 Baxılıb: 1476
Teqlər :

Bu bölmədə