Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
İdarə Heyəti martın 1-dən uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması barədə qərar qəbul edib Azərbaycan Mərkəzi Bankı pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə bankların daxili və xarici öhdəlikləri üzrə məcburi ehtiyat normasının 0.5 faizdən 2 faizə qaldırılması barədə qərar qəbul edilib. Mərkəzi Bankın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu qərar İdarə Heyətinin fevralın 28-də keçirilən iclasında elan edilib. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank öz fəaliyyətinin bəyan olunmuş istiqamətlərinə uyğun olaraq, qiymət sabitliyinin qorunmasına yönəlmiş məqsədyönlü tədbirləri davam etdirir. Son aylar dünya əmtəə bazarlarında ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi müşahidə olunur, dünya iqtisadiyyatında inflyasiyanın artması meylləri güclənir.
1 Mart, 2011 00:05 ⁄ Baxılıb: 1714
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |