Müxalifət mitinq edə biləcəkmi?
Martın 12-də ümumrespublika aksiyası keçirilməsinə meriya icazə verməsə, aksiyanın baş tutmamaq ehtimalı çoxdur Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Divan martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək-martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın. Müxalifət partiyaları mitinq edəcəkləri ilə bağlı dəfələrlə elan versələr də, BŞİH-yə ünvanladıqları icazə məktubuna müsbət cavab almadıqlarına görə, aksiyaları təxirə salmağa məcbur olublar. Bu dəfə necə, aksiya baş tutacaqmı? hələ ki bu sualın cavabı açıq qalır.
28 Fevral, 2011 22:41 ⁄ Baxılıb: 2049
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |