Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan dövlət başçısı İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “Görkəmli ictimai-siyasi xadim Nəcməddin Ərbakanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Azərbaycan-Turkiyə dostluğu və qardaşlığının möhkəmlənməsi və inkişafına dəyərli töhfələr vermiş Nəcməddin Ərbakan ölkəmizdə böyük hörmət və nüfuza malik idi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”

28 Fevral, 2011  22:24 Baxılıb: 1280

Bu bölmədə