Elektron poçt sıradan çıxır
Elektron poçt istifadəçilərinin sayı durmadan azalır. Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Pew Research Center” təşkilatının və “comScore” şirkətinin birgə araşdırmalarında qeyd olunur ki, ABŞ-da 2010-cu ilin noyabr ayında elektron poçt xidmətləri təqdim edən saytların unikal ziyarətçilərinin sayı 2009-cu ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalıb. Bu cür resurslarda keçirilən vaxt 9 faiz, baxılma sayı isə 15 faiz azalıb. Baxılma sayının azalması 53 faizlik göstərici ilə əsasən 12-17 yaş arasında olan istifadəçilərdə müşahidə olunub. 18-dən 54 yaşadək olan istifadəçilərdə bu göstərici 14-18 faizdir. Yaşlı insanlara gəldikdə isə onların arasında elektron poçt istifadəsi əksinə, 9-13 faiz artıb.
28 Fevral, 2011 20:56 ⁄ Baxılıb: 1612
Bu bölmədə7 Avqust, 2019 Yaponiyada sərnişin dronu sınaqdan keçirildi26 Oktyabr, 2016 “Windows” Azərbaycan istifadəçilərinin problemini həll etdi3 Mart, 2015 Apple Micrasoftu üstələdi - FOTO26 Fevral, 2015 1 Gb sürətli kanal yaradılır - Azərbaycanda |