Simsar.az | bizi özünüzə Simsar bilin
İsa Qəmbər özünə yeni müavin təyin edib

Müsavat Partiyasının başqanı İsa Qəmbər başqan səlahiyyətindən istifadə edərək Gülağa Aslanlını özünə müavini təyin edib. Bu barədə APA-ya partiyadan məlumat verilib.

G. Aslanlının müavin vəzifəsinə təsdiqi məsələsinə Müsavat Məclisinin növbəti iclasında baxılacaq. Bununla yanaşı, prosedur qaydalara əsasən G. Aslanlı təyin olunan vaxtdan başqan müavinidir və artıq öz səlahiyyətlərinin icrasına başlayıb. Müsavat Məclisinin toplantısı yaxın iki ay müddətində keçiriləcək.

Qeyd edək ki, G. Aslanlı Müsavat Divanının və Məclisinin üzvüdür. O, partiyanın Mərkəzi Seçki Komissiyasındakı yeganə təmsilçisi olub.

28 Fevral, 2011  20:12 Baxılıb: 1320

Bu bölmədə