Simsar.az | bizi özünüzə Simsar bilin
Çin polisi interneti "partlatdı" - VİDEO

"Səmaaltı imperiya"nın asayiş keşikçiləri pis rəqs etmirmiş.

Simsar.az xəbər portalı "Xinhua"ya istinadən bildirir ki, Pekin polisinin bir qrup əməkdaşının çəkdikləri videoklip internetdə sensasiyaya çevrilib. 6 polis nəfəri Maykl Ceksonun məşhur "Dangerous" mahnısının sədaları altında rəqs ediblər.

Çinli polis xanımlar da həmkarlarından geri qalmamağa çalışıblar.

Onlar Çin İctimai Təhlükəsizlik Nazirliyinin girişindəki pillələrdə Koreyanın populyar "Wonder Girls" qrupunun məşhur "Nobody" hitindən yararlanaraq rəqs ediblər.

Çinli polislərin rəqslərinə bu günədək milyonlarla internet istifadəçisi baxıb.

 

28 Fevral, 2011  15:26 Baxılıb: 1485

Bu bölmədə