Simsar.az | bizi özünüzə Simsar bilin
Baş Prokurorluqdan A.M.A.Y Abdullaya cavab

“Abdullayevin çıxışları məhkəməni həqiqətdən yayındır”

«Hazırda cinayət işi məhkəmə baxışında olduğundan Abdulla Abdullayevin mətbuat səhifələrindəki çıxışlarını məhkəmənin diqqətini əsl həqiqətdən yayındırmağa, prosesin gedişinə təsir göstərməyə cəhd kimi qiymətləndiririk".

Bunu Baş Prokurorluğun mətbuat xidməti A.M.A.Y prezidenti Abdulla Abdullayevin ittihamlarına cavab olaraq, yaydığı açıqlamada qeyd edib.

A.Abdullayev “Bizim yol” qəzetinə açıqlamasında “Baş prokuror və Mərkəzi Bankın rəhbərindən soruşun ki, məndən nə istəyirlər?” deyə sual edib.

A.Abdullayevə məxsus “Birlikbank”ın fəaliyyəti Mərkəzi Bankın qərarı ilə dayandırılıb. Bankın bir neçə işçisi isə həbs olunub. Şirkət müdiri işçilərinin günahsız həbs olunduğunu bəyan edib.

A.Abdullayev onu da bildirib ki, Azərbaycandakı əmlaklarında kimlərinsə gözü var.

RAMİL

26 Fevral, 2011  16:42 Baxılıb: 1396

Bu bölmədə