Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Dövlət başçısı abidənin yerləşdiyi əraziyə gələrək soyqırımı qurbanlarının xatirəsini yad edib, abidə önünə əklil qoyub.

Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri də iştirak edib.

26 Fevral, 2011  15:44 Baxılıb: 1535

Bu bölmədə