Simsar.az | bizi özünüzə Simsar bilin
Hillari Klinton Türkiyəyə gəlir

Simsar.az xəbər portalı "Deyerler"ə istinadən bildirir ki, Türkiyənin TGRT televiziyasının verdiyi məlumata görə, ABŞ dövlət katibi Hillary Klinton Türkiyəyə rəsmi səfər edəcək.

Səfər mart ayının ikinci yarısı baş tutacaq. Amma səfərin dəqiq vaxtı barədə məlumat verilməyib.

Səfər çərçivəsində iki ölkə arasındakı siyasi və iqtisadi vəziyyətlə yanaşı,Yaxın Şərq və Şimali Afrika ölkələrindəki siyasi vəziyyət də müzakirə olunacaq. Klinton baş nazir Ərdoğanla və prezident Abdulla Güllə görüşlər keçirəcək.

26 Fevral, 2011  03:20 Baxılıb: 1762
Teqlər :

Bu bölmədə