Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov Yunanıstan prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşüb

Yunanıstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Corc Papandreu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Yunanıstan rəsmiləri iki ölkə arasındakı münasibətlərin inkişafı və xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər. 

Bu gün nazir Elmar Məmmədyarov Yunanıstan parlamentinin prezidenti Filippos Petsalnikos ilə görüşüb. Görüşdə parlamentlərarası dostluq qruplarının fəaliyyətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib. Elmar Məmmədyarov bu ilin fevralında Azərbaycan ilə Yunanıstanın hökumətlərarası komissiyasının iclasının uğurlu keçirildiyini vurğulayıblar.

Bu gün Elmar Məmmədyarov həmçinin yunan həmkarı Dimitris Droutsas ilə də görüşüb. Görüşdə iki ölkə arasındakı siyasi münasibətlərin inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Xarici işlər nazirlərinin görüşündə iqtisadi, mədəni və humanitar məsələlər də diqqət mərkəzində olub.

25 Fevral, 2011  23:23 Baxılıb: 1331

Bu bölmədə